Qadin.NET / Ərazilərimiz minalardan təmizlənir

Ərazilərimiz minalardan təmizlənir

Ərazilərimiz minalardan təmizlənir
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən (ANAMA) cari ilin fevralında 1.812,466 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. ANS PRESS-in ANAMA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 179 PHS, 3 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.
Əməliyyatlarda 487 nəfər minaaxtaran mütəxəssis və 119 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it cəlb olunub. Bu günədək 281.166,915 kvadratmetr ərazi təmizlənib, 689 min 883 mina və PHS zərərsizləşdirilib.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Füzuli, Qazax, Gədəbəy və Tərtər rayonlarında davam etdirilir.
Bu ilin fevralında bir mina/PHS hadisəsi qeydə alınıb.

Mənbə: ANS PRESS

10 mart 2015
GO BACK