Qadin.NET / Lukaşenko Bakını təriflədi

Lukaşenko Bakını təriflədi

Lukaşenko Bakını təriflədi
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduqlarını bildirib. ANS PRESS-in BELTA agentliyinə istinadla verdiyi məlumata görə, o, martın 10-da Azərbaycanın baş nazir müavini Yaqub Eyyubovla görüşdə deyib ki, Belarus Azərbaycanla bütün sahələrdə əməkdaşlığa hazırdır. Bizim qarşılıqlı əməkdaşlığımızda qapalı mövzu yoxdur. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi artıb və ölkəmiz qarşılıqlı investisiyalarda maraqlıyıq.
Belarus rəhbəri hazırda Azərbaycanda Belarus traktorları, yük avtomobilləri və liftlərin istehsalı üzrə birgə müəssisələr olduğunu vurğulayıb: "Növbəti mərhələdə məqsəd birgə məhsulları üçüncü ölkələr, Qafqaz regionuna çıxarmaqdır".

Mənbə: ANS PRESS

10 mart 2015
GO BACK