Qadin.NET / Bu beynin 2600 yaşı var

Bu beynin 2600 yaşı var

 

Bu beynin 2600 yaşı var

İngiltərədə 2600 illik beyin tapılıb. ANS PRESS-in məlumatına görə, beynin yaxşı qorunmasına səbəb onun palçıqla örtülməsi olub. 
Beyin qədim dövrdə başı öldürülən bir şəxsin kəllə sümüyünün içərisidə aşkar edilib. Alimlərin sözlərinə görə, kəllə sümüyünün sahibi ölümündən qısa zaman sonra gilli çuxura gömülüb. Oksigensiz qaldığı üçün orqan bu qədər yaxşı vəziyyətdə qalıb. 
Arxeoloqlar kəllə sümüyünü tapanda içərisində beyin ola biləcəyini düşünməyiblər. Onun üzərini palçıqdan təmizlədikdə isə gözlərinə inana bilməyiblər. 
Labaratoriya şəraitində aparılan yoxlamar zamanı kəllə sümüyü və beynin 26-45 yaş arası kişiyə malik olduğunu məlum olub. Onun e.ə V yüzilliyə aid olduğu deyilir. 
Kəllə sümüyünün sahibi boynundan sərt zədə alıb, sonra isə boynu bıçaqla kəsilib. 
Onun nə üçün belə vəhşiçəsinə öldürüldüyünü bilmək isə mümkün deyil. Öldürüləndən sonra isə sürətli şəkildə gillə gömülüb. Oksigensiz, havasız şəraitdə qalan cəsəd zaman keçdikcə çürüsə də, beyin kəllə sümüyünn içərisində qala bilib. 
Mənbə: ANS PRESS

 

10 mart 2015
GO BACK