Qadin.NET / Rusiya Ermənistanda hərbi təlimlər keçirir

Rusiya Ermənistanda hərbi təlimlər keçirir

 

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, təlimlər Rusiyanın Ermənistandakı hərbi bazasında keçirilir.Təlimlərdə mühəndis bölmələri iştirak edir. Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə keçirilən təlimlərdə mütəxəssis-mühəndislər hərbi texnikanın idarə edilməsi, şübhəli partlayıcı əşyaların axtarılması, minaların quraşdırılması və digər normativləri yerinə yetirəcəklər.Bir ay davam edəcək təlimlərə 100-dən çox hərbçi və 30 ədəd hərbi texnika cəlb olunub. 

 

Mənbə: Milli.Az

10 mart 2015
GO BACK