Conti Qurvis dünyanın ən kiçik heykəlini yaradıb. Onun əsəri olan qadın heykəli iynə dəliyindədir və gözlə zorla görünəcək qədər kiçikdir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hündürlüyü 0,76 mm olan heykəlin fotosunu yalnız mikroskop vasitəsilə çəkmək mümkün olub.
İngiltərənin Qərbi Sasseks qraflığındakı Çester şəhərində yaşayan 45 yaşlı heykəltaraşın əsəri indi məhv olub. Səbəbkar fotoqrafdır: o, unikal heykəlin fotolarını çəkərkən ehtiyatsız davranıb və barmağı təsadüfən heykələ toxunaraq onu qırıb.
Bu heykəl çoxlaylı litoqrafiya metodu ilə, 3D piksellərlə yaradılıb.
Mənbə: Milli.Az