Qadin.NET / Sabah çox isti olacaq

Sabah çox isti olacaq

Sabah çox isti olacaq
Martın 11-də ölkə ərazisində hava yağmursuz keçəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, martın 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Cənub küləyi arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 8-12 dərəcə isti olacaq.
Martın 11-də Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi dağlıq və dağətəyi ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-12 dərəcə isti olacaq.

Mənbə: ANS PRESS

10 mart 2015
GO BACK