Qadin.NET / Yeni stadion tikiləcək

Yeni stadion tikiləcək

Yeni stadion tikiləcək
Türkiyədə işgüzar səfərdə olan “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli bu ölkənin iş adamları ilə görüşlər keçirib.
ANS PRESS-in AzərTAc-a istinadla verdiyi məlumata görə, "Beşiktaş" Klubunun rəhbəri, tanınmış iş adamı Fikrət Ormanla görüşdə Hacı İbrahim Nehrəmli bu klubun yenidən inşa edilən stadionunda aparılan tikinti işləri ilə tanış olub. 
Türkiyənin ən müasir stadionu olacaq bu meydançanın oxşarının “Khazar İslands”da inşa edə biləcəklərini qeyd edən "Beşiktaş" Klubunun rəhbəri Fikrət Orman rəhbərlik etdiyi qurumun bu istiqamətdə “Avesta Concern”lə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Azərbaycanda beynəlxalq miqyaslı idman turnirlərinin artıq ənənə halını aldığını bildirən Hacı İbrahim Nehrəmli “Khazar İslands” layihəsində də bu məqamı nəzərə aldıqlarını diqqətə çatdırıb.
“Avesta Concern”in prezidenti həyata keçirdikləri layihədə müxtəlif növ idman yarışlarının keçirilməsini təmin edəcək meydançalarının olmasına xüsusi önəm verdiyini, gələcəkdə bu şəhərdə beynəlxalq idman yarışlarının keçiriləcəyinə inandığını bildirib. "Beşkitaş" İnşaatın “Khazar İslands”da stadion inşa etmək təklifi ətrafında aparılan danışıqlarda ilkin razılıq əldə olunub. Razılığa gəlinib ki, “Khazar İslands”da inşa ediləcək stadionun layihəsinin hazırlanması və inşası ilə bağlı danışıqlar davam etdirilsin.
Görüşdə "Beşiktaş" rəhbərinin təmsilçisi memar Nurcan Maraş da iştirak edib.

Mənbə: ANS PRESS

10 mart 2015
GO BACK