Qadin.NET / İTV-dən Elnur Hüseynovla bağlı açıqlama

İTV-dən Elnur Hüseynovla bağlı açıqlama

 

 

İctimai Televiziya müğənni Nura Surinin bu il “Eurovision”da Azərbaycanı Elnur Hüseynovun təmsil edəcəyi haqda verdiyi açıqlamaya münasibət bildirib.
Milli.Az xəbər verir ki, qafqazinfo-ya İTV-dən verilən məlumata görə, müğənninin açıqlaması həqiqətə uyğun deyil:
“Elnur Hüseynovun “Eurovision”da Azərbaycanı təmsil etməsi təsdiq olunmayıb. Nura Suri doğru məlumat verməyib. Hələ ki, müsabiqəyə kimin gedəcəyi məlum deyil”.
Qeyd edək ki, müğənni “Gün üzü” verilişində Elnur Hüseynovun “Eurovision”da Azərbaycanı təmsil etməsinin artıq təsdiqləndiyini bildirib.
Mənbə: Milli.Az
10 mart 2015
GO BACK