“Arsenal”ın türk əsilli alman futbolçusu Məsut Özil tənbəl olduğu üçün müzkirə edilir.
Ancaq statistika tam olaraq bunun əksini göstərir. Özil fevral ayında “Arsenal”ın meydanda ən çox qaçan futbolçusudur.
ANS PRESS-in məlumatına görə, 4 aylıq zədədən sonra yaşıl meydanlara dönən futbolçu fevralın 1-dən indiyə qədər, 63,24 km məsafə qət edərək komanda da oyunlarda qaçmağa görə 1-ci yerin sahibidir.
Onu 62,97 km ilə Santi Kazorla izləyir. 3-cü yerdə isə 60,88 km qaçan Farnçis Kokolindir. İngiltərənin “Daily Teleqraf” qəzetinə görə Məsutu ən çox tənbəl göstərən topla olduğu anda gövdəsindən istifadə etməməsidir. Onlar futbolçunun topla daha çox hərəkət etmədiyi üçün qaçdığı məsafənin daha az nəzərə çarpdığını bildiriblər.Keçirdiyi son 9 oyunda 3 qol vurub 7 məhsuldar ötürmə edən “Topçular”ın yarımmüdafiəçisi zədədən sonra sərgilədiyi oyunla azarkeşlərin rəğbətini yenidən qazanmaq üzrədi.
Mənbə: ANS PRESS