Qadin.NET / Novruzun üçüncü çərşənbəsidir

Novruzun üçüncü çərşənbəsidir

 

Novruzun üçüncü çərşənbəsidir

Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir. El arasında yel, külək çərşənbəsi və s. adlarla tanınan çərşənbənin də bu sırada məxsusi yeri var. 
Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Əski etiqadlara görə, bu çərşənbədə oyanan yel, külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir.
İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
A Yel baba, Yel baba,
Tez gəl, baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən dağılıb dağ olsun,
Mənim canım sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl baba.
Xalqımızın Yel baba ilə əlaqəli söylədiyi inanc nümunələrində də onun bu kimi əlamətlərinə işarələr əks olunur: Yel baba xırmana gəlməmişdən öncə ordan buğda, dən götürməzlər. Sovrulmamış buğda götürənin oğlu ölər. 
Xırman sovrulandan sonra ilk buğda götürənin oğlu olar.
Taxıl sovrulanda Yel baba əsib işə mane olsa, ələyin, ya da xəlbirin üstünü bərk-bərk bağlayarlar, onda Yel baba insafa gəlib yavaş əsər. 
İnanclara görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağırırlar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər. 
Mənbə: ANS PRESS

 

10 mart 2015
GO BACK