Nissan şirkəti Cenevrə avtosalonu çərçivəsində Nissan Sway kompakt konseptual heçbekin dünya premyerasını keçirib.Milli.Az 4carx.com-a istinadən bildirir ki, yeni modelin qabarit ölçüləri belədir: uzunluğu - 4100 mm, eni – 1780 mm və hündürlüyü – 2570 mm. Nissan Sway qızılı-narıncı aksentləri olmaqla mavi-açıq boz (bluish dawn grey) rəngdədir. Xrom elementli və qara parıltılı V-şəkilli firma radiator barmaqlığı ensiz əsas işıqdiod faralarla haşiyələnib. İri hava çəpərləri olan qabaq bamperdə isə ensiz işıqdiod zolaqlar yerləşdirilib.Bundan başqa, prototipi relyefli kapotu, içəriyə batıq qanadları və kuzovun yan hissələri və əks istiqamətdə açılan arxa qapısı, həmçinin maili damı, bumeranq şəkilli arxa işıqdiod fənərləri və arxa bamperdə trapesiya şəkilli xaricetmə boruları ilə tanımaq olar.Nissan Sway texniki içliyi açıqlanmır.