Qadin.NET / "Qalatasaray"da nə baş verir?

"Qalatasaray"da nə baş verir?

 

 

İstanbul derbisində dünən “Fənərbağça”ya (0:1) məğlub olan “Qalatasaray”da gözlənilməz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, rəhbərlik baş məşqçi Hamza Hamzaoğluya yeni müqavilə təklif olunmasına çalışır.“Cim-bom“un vitse-prezidenti Abdürrahim Albayrak ilk hədəflərinin məhz baş məşqçini komandada saxlamaq olduğunu bildirib. O, mayda keçiriləcək prezident seçkisi öncəsi namizədlərin hamısı ilə görüşəcəyini və onlardan Hamzaoğlunu postunda saxlamağı xahiş edəcəyini deyib: “Yeni prezident kim olursa-olsun, baş məşqçinin dəyişməyəcəyinə artıq əminəm. Yəqin ki, prezident seçkilərindən dərhal sonra Hamza Hamzaoğlu ilə yeni müqavilə imzalanacaq. Hətta yeni rəhbərliyə transfer siyahısını da təqdim edəcəyik”.
Qeyd edək ki, “Qalatasaray” hazırda Türkiyə Superliqasına liderlik edir.

 

Mənbə: Milli.Az

9 mart 2015
GO BACK