Müğənni Nura Suri bu il “Eurovision”da Azərbaycanı Elnur Hüseynovun təmsil edəcəyini deyib.Milli.Az Axşam.Az-a istinadən xəbər verir ki, sənətçi “Gün üzü” verilişində bunun dəqiq xəbər olduğunu söyləyib:"Xəbəriniz olsun ki, bu il bizi “Eurovision”da Elnur təmsil edəcək. Ona görə “qədrini bilmədik” kimi sözlər deyilməsin, qədrini bilirik".Aparıcı İlqar Mikayıloğlunun “Nura, bu, dəqiq xəbərdir” sualına ifaçı belə cavab verib:“Dəqiqdir. Bu il Elnur yarışmada tək olacaq. Ciddi xəbərdir. Rəsmi olaraq maraqlana bilərsiniz. Bir ara təkzib olunmuşdu, sonra yenə də təsdiqləndi”.
Mənbə: Milli.Az