Qadin.NET / Sabahdan hava dəyişir

Sabahdan hava dəyişir

 

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturu gecə 1-3, gündüz 8-12 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında isə hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Cənub küləyi əsəcək, əsasən, dağlıq ərazilərdə arabir güclənəcək.Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 isti olacağı gözlənilir.Məlumata görə, sabahdan etibarən ölkə ərazisində hava şəraiti mülayimləşəcək, yağıntılar tədricən kəsiləcək.

 

Mənbə: Milli.Az

9 mart 2015
GO BACK