Qadin.NET / Günəşin enerjisi ilə dünya səyahətinə

Günəşin enerjisi ilə dünya səyahətinə

 

 

Hərəkət üçün yalnız Günəş enerjisindən istifadə edən "Solar Impulse 2" təyyarəsi tarixdə ilk dünya səyahətinə yollanıb.
Dünən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinin hava limanında səmaya qalxan təyyarə bu gün Omanın paytaxtında yerə enəcək.Milli.Az NBC-yə istinadən bildirir ki, Omanın paytaxtından təyyarə Hindistana, oradan Çinə yollanacaq. Daha sonra "Solar Impulse 2" Sakit Okeanı uçaraq keçəcək.
Marşrut üzrə hərəkət boyunca təyyarə 12 dəfə hava limanlarına enəcək. Hər eniş zamanı pilotlar Google Hangout vasitəsilə sualları cavablayacaqlar.5 ay çəkəcək dünya səyahəti zamanı təyyarənin 35 min kilometr qət edəcəyi gözlənilir. Təyyarənin əsas pilotu Andre Borşberq, yardımçı pilot isə isveçrəli Bertran Pikardır.
Fransanın "Dassault Systemes" şirkətinin istehsalı olan təyyarənin monoqanadı 17200 Günəş batareyası ilə örtülüb. Onlar təyyarənin elektrik mühərrikləri üçün enerji istehsal edirlər.
Təyyarənin maksimal uçuş sürəti 140 km/saatdır.
2014-cü ildə təqdim olunmuş "Solar Impulse 2" ötən ilin iyun ayında son sınaqlardan keçirilmişdi.
Mənbə: Milli.Az
9 mart 2015
GO BACK