Qadin.NET / Azərbaycanı, hər birimizi böyük təhlükə gözləyir

Azərbaycanı, hər birimizi böyük təhlükə gözləyir

Ötən ilin ortalarında ABŞ-da qəbul edilmiş qanuna görə, ölkə vətəndaşlarına təzə süd və ya həyətyanı sahələrdə yetişdirdikləri meyvə-tərəvəzi satmaq qəti qadağan olundu. ABŞ Senatında indi "S510" saylı "Qida məhsullarının təhlükəsizliyinin təminatı haqqında" qanun layihəsi müzakirə olunur. Bu sənəd "ev şəraitində hazırlanmış qidanın satışı, alışı, paylaşması və istifadəsini" qadağan edir. Təbii ki, bütün bunların "vətəndaşların sağlamlığının qorunması üçün edildiyi" vurğulanır və deyilir ki, "vətəndaşların fərdi qaydada yetişdirdikləri meyvə-tərəvəz, hazırladıqları qidalar əksər hallarda sanitar normalara uyğun olmadığından istehlakçıların sağlamlığı üçün təhlükə mənbəyidir".Ekspertlər hesab edirlər ki, 2510 saylı layihə ABŞ tarixində insanlar üçün ən təhlükəli qanun ola bilər. O da deyilir ki, qanun layihəsi, əslində, "Monsanto" korporasiyasının məhsuludur və bu şirkətin maraqlarına xidmət edir.

Dünyada ən böyük toxum istehsalçısı olan "Monsanto" yeni maliyyə hesabatını açıqlayıb. Toxum və kimyəvi gübrələrin, habelə biotexnoloji bitkilərin satışlarının artması nəticəsində bu transmilli şirkətin hər səhminin dəyəri 1,74 dollara çatıb.Ötən ilin son rübündə satışların ümumi həcmi 4,22 milyard dollar təşkil edib.
"Monsanto"nun satışlarının istisnasız olaraq hamısını genetik modifikasiyaya uğradılmış orqanizmlər (GMO) təşkil edir. GMO tipli toxumlar təbii yolla çoxalmır. Yəni bu toxumu bir dəfə alan fermer və ya alıcı onları "artıra" bilmədiyindən yenidən satıcı şirkətə üz tutmalıdır.
Məhz GMO sayəsində dünya kənd təsərrüfatı və ərzaq məhsulları satışları bazarları bir neçə transmilli korporasiya arasında bölüşdürülüb.
Həmin korporasiyalar arasında lider "Monsanto"dur.1901-ci ildə ABŞ-da farmasevt Con Frensis Kuyninin yaratdığı bu şirkət fəaliyyətinin ilk illərində saxarin istehsal edirdi.
Küyni şirkətinə arvadının qızlıq soyadı olan "Monsanto" adını vermişdi."Roundup" herbisidi, qlifosatlar, "Roundup Ready" adlı PR soyası, "Bollgard" pambığı, RR pambığı, RR qarğıdalsı, "YieldGard Rootworm" qarğıdalısı, "Vistive" soyası, "Roundup Ready Flex" pambığı və "SmartStax" qarğıdalısı kimi bitki növlərinin satışları "Monsanto"ya milyardlarla dollar qazandırıdı.
"Amflora" kartof növü isə Avropa Birliyinin bir çox ölkələrində əkilmək üçün "məsləhətli" bilinib. Halbuki, avropalı fermerlər bu transgen kartofun insan orqanizmi üçün çox təhlükəli olduğunu deyirlər.ABŞ-da "Monsanto" GMO-lu qarğıdalı bazarının 80, transgen soya bazarının isə 93 faizinə nəzarət edir. Korporasiya adi meyvə-tərəvəz bitkiləri seqmentində də aqressiv siyasət yürüdür. Birləşmiş Ştatlarda belə bitkilərin toxumlarının bazarının 40 faizinə nəzarət edən "Monsanto" qlobal miqyasda bazarın 20 faizini ələ keçirib.Şirkətin gəlirlərini maksimum dərəcədə artırmaq, lobbiçilik vasitəsilə siyasətçiləri ələ alması və "DuPont", "Syngenta" kimi korporasiyalarla işbirliyinə başlaması nəticəsində ABŞ-ın toxum bazarında qiymətlər sürətlə artır. Belə ki, ABŞ-ın Ərzaq Təhlükəsizliyi Mərkəzinin (Center for Food Safety) yaydığı hesabatda bildirilir ki, son illərdə ölkədə 1 akr soya paxlasının əkin xərcləri 325 faiz bahalaşıb. Pambıq əkini 516 faiz bahalaşıb, qarğıdalı yetişdirməklə bağlı xərclər 516 faiz artıb.
Birləşmiş Ştatların ərazisində transgen bitkilərin əkin sahələrinin artması ilə müşayiət olunan "transgen intibah" zamanında onların yetişdirilmə xərcləri də durmadan artır.Hesabatda o da vurğulanır ki, "Monsanto" başda olmaqla transmilli şirkətlərin toxumların fəal patentləşdirmələri nəticəsində ərzaq sektorunda çox sərt korporativ nəzarət sistemi yaranıb: "Böyük şirkətlər Birləşmiş Ştatların ərzaq bazarını ələ keçiriblər və indi də həmin addımları qlobal miqyasda atmağa çalışırlar".
"Monsanto" fermerlərə ondan aldığı toxumlardan yetişən bitkiləri təkrar əkməyə və becərməyə imkan verməməklə onları öz məhsullarını satın almağa vadar edir.
Dünyanın ən məşhur qida ekspertlərindən biri Tom Uotkins deyir: "Əfsuslar olsun ki, "Monsanto"nun aqressiv, hətta həyasız siyasəti nəticəsində şirkət GMO toxumlarını kütləvi şəkildə satır. Üstəlik, bu toxumlardan yalnız bir dəfə istifadə etmək mümkündür. "Monsanto"nun toxumlarından imtina edən fermer, sadəcə, acından ölməyə, müflisləşməyə məhkumdur. "Monsanto" bizə deyir: "Yeyin və düşünməyin!"" 
Bazar kapitallaşması dəyəri 63 milyard dollara çatmış "Monsanto"nun gəlirləri GMO bazarının böyüməsindən birbaşa asılıdır.
Ona görə də şirkət transgen bitkilərin əkin sahələrinin artırılması, inkişaf etməkdə olan dövlətlərə ixracın intensivləşdirilməsində maraqlıdır.
"Monsanto" şirkəti ərzaq məhsulları və toxumlarla yanaşı, zəhər istehsalı da təcrübəsinə malikdir. Şirkətin özü etiraf edir ki, 1965-1969-cu illərdə ABŞ ordusuna "Agent Orange" kimyəvi qarışığı satıb. Həmin qarışığı amerikalı hərbçilər Vyetnamda meşələrə səpir, bitkilərlə yanaşı, insanları da yandırırdılar.
Həmin müharibə 40 il əvvəl başa çatsa da, "Monsanto"nun zəhəri Vyetnamda uşaqlar arasında hələ də ağır genetik mutasiyalara səbəb olur.
Haqqında bəhs etdiyimiz şirkət öküz inkişaf hormonu "rBGH"in rekombinant forması olan DDT insektisisidi, habelə "aspartam" şirinləşdiricisi satır. Bu kimyəvi maddələrin ikisi də insan orqanizmində xərçəng xəstəliyi yaradır.Hələ ata Corc Buşun prezidentliyi dönəmində ABŞ-ın hakimiyyət dairələrinə yürüşə başlamış "Monsanto" Barak Obamanın prezident seçilməsindən sonra mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib.ABŞ-da ərzaq və kənd təsərrüfatı məsələlərində nəzarət funksiyalarına malik dövlət qurumlarının az qala hamısını Barak Obama "Monsanto"nun ixtiyarına verib.
ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin (USDA) ən önəmli poslarından birində əvvəllər "Monsanto Danforth Center"in direktoru olmuş Rocer Biçi çalışır. "Monsanto"nun ictimai siyasət məsələləri üzrə vitse-prezidenti Maykl Teylorsa Ərzaq Məhsulları və Dərman Preparatlarının Keyfiyyətinə Nəzarət İdarəsinin (FDA) baş komissarının müavinidir.
"Monsanto" ilə həddən sıx əlaqələri olan Raciv Şah indi ABŞ-ın İnkişaf Agentliyinə (USAİD) rəhbərlik edir.
Siyahını uzatmaq olar, amma nə hacət..."Monsanto" Azərbaycanın kənd təsərrüfatını da ələ keçirməyə çalışır.
Azərbaycanlı fermerlərə və yerli şirkətlərə təklif etdiyi hibrid toxumların ziyanvericilərə, xəstəliklərə və pis hava şəraitinə dayanıqlılıq səviyyəsinin yüksək olduğunu vurğulayan şirkət onların yerli sortlarla müqayisədə 3 dəfə artıq məhsuldarlığını vurğulayır. Üstəlik, "Monsanto" bu toxumlar sayəsində ildə 2 dəfə məhsul yığılacağını da vəd edir.Şirnikləşdirici vədlərdir.Azərbaycanda "Monsanto"nun satdığı toxumlar səpilir, yüksək məhsul yığılır, satılır.
Amma həmin toxumlarını səpildiyi sahələr bir il sonra "ölür" və güclü kimyəvi gübrələr, pestisidlər olmadan məhsul vermir.
Habelə, "Monsanto"dan alınmış toxumların səpildiyi sahələrdən yığılmış məhsuldan təkrar əkin üçün əsla istifadə etmək mümkün deyil.
Daha konkret olsaq, Azərbaycana təklif olunan qarğıdalı növləri GMO ünsürü olduğundan insan orqanizmi üçün həddən ziyadə təhlükəlidir.
Azərbaycanda quşçuluq şirkətlərində durum daha kritikdir.Ölkədəki broyler müəssisələrinin total əksəriyyəti GMO-lu taxıl və qarğıdalıdan quş yemi qismində istifadə edir.
Təbii ki, belə texnologiya ilə yemlənən toyuq əti isə orqanizm üçün zərərsiz sayıla bilməz.Azərbayanda əkilən və becərilən pomidorların 84, soyanın 99 faizi, qarpız və yemişlərin 84 faizi, düyünün 60 faizi GMO sayıla biləcək toxumlardan yetişdirilir.
Həmin toxumları isə "Monsanto" satır.Ölkəmiz "Biomüxtəliflik və təbiətin qorunması" bəyannaməsini, habelə "Biotəhlükəsizlik haqqında" Kartahena protokolunu imzalayaraq ratifikasiya edib. Bu isə Azərbaycanda GMO məhsullarının idxalı, yetişdirilməsi, yayılması və satışlarının yasaqlanması deməkdir.
Amma istənilən yerli fermer istədiyi zamanda "Raundup" pestisidini və ya genetik modifikasiyaya uğradılmış taxıl, qarğıdalı, soya, pambıq, qarpız, pomidor toxumlarını asanlıqla ala bilir.
Bütün bunların Azərbaycanın genofonduna, əhalinin sağlamlığına necə zərbə olduğunun fərqindəyikmi?!
Mənbə: Milli.Az

 

9 mart 2015
GO BACK