Qadin.NET / Oturaq həyat tərzi beynin fəaliyyətini korlayır

Oturaq həyat tərzi beynin fəaliyyətini korlayır

Boston universitetinin alimləri oturaq həyat tərzinin beynin fəaliyyətinə necə təsir göstərdiyini araşdırıblar.Milli.Az-ın məlumatına görə, eksperimentdə 1200 nəfər böyük adam iştirak edib. Mütəxəssislər iştirakçıların həyat tərzlərini 20 il ərzində müşahidə ediblər. Tədqiqatın əvvəlində orta yaşları 41 olan qadınlar və kişilər qaçış xəttində saniyədə 1 metr sürətlə yeriyirdilər. Həmin vaxt onların qan təzyiqləri, ürək ritmləri yoxlanılıb.Onların 60 yaşları olanda isə beyinləri skan olunub. Bundan əlavə koqnitiv testlərdən də keçiblər. 60 yaşında da qaçış xəttində eyni sürətlə hərəkət edən adamların beyinləri yaxşı işləyib. Az hərəkət edənlər isə koqnitiv testlərin öhdəsindən çətin gəliblər. Az hərəkət edən adamlar qərar qəbul etməkdə də çətinlik çəkiblər.Hesab olunur ki, ürək ritmi, arterial təzyiq beynin fəaliyyətinə müsbət təsir göstərir. Aktiv həyat tərzi yaşamayan insanların beyinləri də zəifləyir.Passiv həyat tərzi keçirən adamlar müəyyən müddətdən sonra kəm ağıllılığa meylli olurlar.
Mənbə: Milli.Az

8 mart 2015
GO BACK