Qadin.NET / “Google”un qadınlara sürprizi

“Google”un qadınlara sürprizi

“Google”un qadınlara sürprizi
“Google” dünyanın bir çox ölkələrində keçirilən “8 Mart - Beynəlxalq Qadınlar Günü” üçün xüsusi "doodle" hazırlayıb.
ANS PRESS-in məlumatına görə, dünyanın müxtəlif ölkərində qeyd olunan bəzi xüsusi bayramlar üçün "doodle" hazırlayan “Google” axtarış sistemi bu gün “Beynəlxalq Qadınlar günü”nü də unutmayıb. 
8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.
Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.
Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkələrin qadınları öz həmrəylik gününü məhz bu tarixdə qeyd edəndən sonra ənənənə halını alıb.
O vaxtdan bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.
Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.

Mənbə: ANS PRESS

8 mart 2015
GO BACK