Psixoloqlar çoxdan iddia edirlər ki, nağıllar və əfsanələr uşaqları xeyirxah və həssas edir. Sən demə, fantastika böyüklərə də analoji təsir göstərir. Uydurma dünyalar, maraqlı həyat keçirən qəhrəmanların qəribə xüsusiyyətləri insan təxəyyülünü inkişaf etdirir. Müqayisə üçün, qəzet oxumağa aludə olan, ya da internetdə vaxt keçirən insanlar dünya tarixindəki hadisələrə və insanların taleyinə çox biganə yanaşırlar.
Emory Universitetinin alimləri bədii ədəbiyyatın müxtəlif janrlarında əsərlər mütaliə edən insanları izləyiblər. Məlum olub ki, klassik əsərləri sevənlər öz baxışlarında və həyat tərzlərində daha mühafizəkardırlar. Detektiv həvəskarları isə hər şeydən şübhələnən, məntiqi təfəkkürə malik insanlar olublar.
Araşdırmaya görə, məhəbbət romanlarının pərəstişkarları həyatda bu hisslərdən əziyyət çəkirlər. Ən xoşbəxt və nikbin oxucular isə fantastikaya üstünlük verənlər olub.
Tədqiqatlar nəticəsində, həmçinin sübuta yetirilib ki, planetin ən çox oxuyan sakinləri yaxşı fantaziyası olan və yaradıcılığa meyilli insanlardır.
Mənbə: ANS PRESS