Qadin.NET / Şəhid anaları ilə görüş

Şəhid anaları ilə görüş

Şəhid anaları ilə görüş
Horadiz şəhərində 8 Mart Qadınlar günü münasibəti ilə şəhid anaları və imtiyazlı qadınlarla görüş keçirilib.ANS PRESS xəbər verir ki, bayram əhval-ruhiyyəsində keçən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayon qadınlarını bayramı münasibəti ilə təbrik edib, ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışıb. O bildirib ki, bu siyasətin nəticəsində hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Son illər qadınlar rayonda dövlət qulluğunda bələdiyyələrdə də uğurla təmsil olunurlar.Diqqətə çatdırıəlıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu vurğulayan rayon İcra Hakimiyyətinin başçısı Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban xanım Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətini diqqətə çatdırıb.Rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadın, şəhid anaları, imtiyazlı qadınlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.Tədbirdə bir qrup qadına YAP-ın üzvlük biletləri və Fəxri Fərmanlar verilib.
Sonda rayon Dram Teatrı tərəfindən hazırlanmış xüsusi səhnələr nümayiş olunub, bayram konserti təşkil edilib.

Mənbə: ANS PRESS

7 mart 2015
GO BACK