Qadin.NET / Çox yatan tez ölür

Çox yatan tez ölür

Çox yatan tez ölür
Səhərlər uzun müddət yataqdan çıxmamaq sağlamlıq üçün ziyandır. ANS PRESS-in məlumatına görə, Kembric universitetinin alimləri belə qənaətə gəliblər ki, uzun müddətli yuxu ürəkdə problemlərə, infarkta səbəb ola bilər. Araşdırmalar göstərir ki, müntəzəm olaraq 9 saatdan çox yatanlarda 6-8 saat yatanlarla müqayisədə infarkt riski daha yüksəkdir. Britaniyalı mütəxəssislər on illərlə minlərlə insan üzərində tədqiqat aparıblar. Təcrübədə 42-81 yaş arası insanlar iştirak edib. 346 nəfərdə müşahidə ərzində infarkt baş verib. Maraqlısı odur ki, uzun yuxu ilə ancaq ürək problemləri arasında əlaqə tapılıb. 
Amma bu istirahət, həftəsonları yataqda normadan bir az artıq qalmağa mane olmur.

Mənbə: ANS PRESS
7 mart 2015
GO BACK