Qadin.NET / 8 Martda hava necə olacaq?

8 Martda hava necə olacaq?

 

8 Martda hava necə olacaq?

İstirahət və qeyri-iş günündə ölkə ərazisində yağıntılı hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Axşama doğru bəzi yerlərdə yağıntılı olacaq və şimal-qərb küləyi güclənəcək.Havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.
Martın 9-da da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq, axşama doğru kəsiləcək. Şimal küləyi gündüz mülayimləşəcək. Temperatur gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 8-də hava əsasən yağmursuz olacaq, səhər bəzi yerlərdə duman gözlənilir, 
əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti proqnozlaşdırılır.
Martın 9-da isə Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacaq, dağətəyi və dağlıq ərazilərdə sulu qar və qar yağacaq. Gecə 0-3, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta olacaq.

 

Mənbə: ANS PRESS

7 mart 2015
GO BACK