Qadin.NET / Yeni iPhone haqqında maraqlı detal üzə çıxdı

Yeni iPhone haqqında maraqlı detal üzə çıxdı

 

Apple şirkəti ABŞ-ın patentlərin və ticarət nişanlarının qeydiyyatı bürosuna müraciət edərək iPhone-nun sudan mühafizə metodlarını qeydə alıblar. Milli.Az xəbər verir ki, bu barədə "AppleInsider" məlumat yayıb. Sudan mühafizə üçün iPhone xüsusi hidrofob örtüklə əhatə olunacaq. Örtüyün qalınlığı 1-10 mikron arasında olacaq. Şirkət güman edir ki, belə bir üsul qurğunun daxili sahəsinə qənaət etmiş olacaq. Bu üsulla iPhone sudan qorxmayacaq.

 

Mənbə: Milli.Az

7 mart 2015
GO BACK