Meksikanın ən yüksək dağı olan Orizaba zirvəsində aşkarlanmış və qarın içində donaraq mumiyaya çevrilmiş cəsədlərin endirilməsi ilə bağlı əməliyyat başlanıb.Milli.Az El Mundo-ya istinadən bildirir ki, Meksika Alpinizm Federasiyasından verilən məlumata görə, həmin şəxslərin 1958-ci il Orizaba dağındakı qar uçqunu zamanı həlak olmuş 2 alpinist olduqları güman edilir.Şaquli vəziyyətdə olan cəsəd bütünlüklə qarla örtülüb.O, təsadüfən aşkarlanıb. Zirvəyə yürüş edən alpinist ekspedisiyalardan birinin üzvünün əli kanatda sürüşüb və o, aşağı enəndə dağçı baltası ilə buzu vuranda qarın altından insan kəlləsinin çıxdığını görüb.Cəsədlər 5610 metr yüksəkliyi olan Piko de Orisaba dağında, 310 metr hündürlükdədir.
Mənbə: Milli.Az