İş icraçılarının sözlərinə görə, əsas məqsəd dairənin ölçülərini kiçiltməkdir. Nəzərə alsaq ki, paytaxtda tarixi Qələbə dairəsi tez-tez tıxacların müşahidə olunduğu yerlərdən biri idi. Sözsüz ki, dairənin kiçildilməsi avtomobillərin gediş-gəlişini gələcəkdə asandlaşdıracaq. Baxmarayarq ki, aparılan işlər ərazidə sıxlıq yaratmışdı. Sürücülər dairənin kiçildilməsini müsbət qarşıladılar.
Məlumata görə, dairə olan yolda beton plitələr və sağ tərəfə hərəkəti göstərən yol nişanı quraşdırılır. Eyni zamanda dairənin çox yüklənməsini nəzərə alınaraq avtomobillərin hərəkət istiqaməti dəyişdirilir. Odur ki, sürücülər gərək bir az da dişlərini sıxsınlar ki, gələcəkdə bu dairəni avtomobillərilə daha komfort şəkildə ötüb keçsinlər.
Mənbə: ANS PRESS