Qadin.NET / ABŞ: "Əlimizdə Rusiyanı ifşa edən fotolar var"

ABŞ: "Əlimizdə Rusiyanı ifşa edən fotolar var"

 

ABŞ: "Əlimizdə Rusiyanı ifşa edən fotolar var"

ABŞ dövlət katibinin müavini Antoni Blinken ölkəsinin hələ də Ukraynaya silah verilməsi ilə bağlı qərar vermədiyini bildirib. ANS PRESS-in məlumatına görə, Blinken Kiyevdə jurnalistlərə verdiyi açıqlamasında ABŞ-ın Ukraynanın təhlükəsizliyi, separatçılardan və təcavüzkarlardan qorunması üçün böyük ölçüdə kömək etdiyini xatırladıb.
Yardımların müasir radar, gecəgörmə cihazları və müxtəlif digər vəsaitlər olduğunu deyib. 
Ukraynaya silah yardımı edilməsinin, ölkənin müdafiə sektorunda islahatların aparılması qədər əhəmiyyətli olmadığını deyən ABŞ rəsmisi Ukraynanın şərqindəki Rusiyanın hərbi varlığını isbat edən çox sayda peyk fotoşəkillərinin olduğunu bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynın şərqindəki böhranda əsas rol oynayır.

 

Mənbə: ANS PRESS

7 mart 2015
GO BACK