Qadin.NET / “WhatsApp” “Facebook”u ötüb

“WhatsApp” “Facebook”u ötüb

 

“WhatsApp” “Facebook”u ötüb

İspaniya, İtaliya və Braziliyada istifadəçilər internet xəbərləri oxumaq üçün "WhatsApp" mobil messencerindən aktiv istifadə edirlər, amma ABŞ, Fransa və Böyük Britaniyada aşağı aktivlik qeydə alınıb.ANS PRESS-in məlumatına görə, 2014-cü ildə Reuters elmi tədqiqat institutu tərəfindən 20 min insan arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, orta hesabla dünyada 20 internet istifadəçisindən biri hər həftə xəbər oxumaq üçün "WhatsApp"dan istifadə edir. Gözləntilərə görə, cari ildə belə istifadəçilərin payı artmalıdır. Bu barədə ICTnews elektron xidməti bildirir. "WhatsApp" messenceri bəzi bazarlarda yönləndirmələrin sayına görə "Facebook"u ötüb.
Xatırladaq ki, ötən ay "WhatsApp" messencerinin auditoriyası 700 milyona çatıb.

 

Mənbə: ANS PRESS

7 mart 2015
GO BACK