Qadin.NET / Xalq artistinin 90 illik yubileyidir

Xalq artistinin 90 illik yubileyidir

 

Xalq artistinin 90 illik yubileyidir

Martın 11-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə görkəmli səhnə ustası Bəşir Səfəroğlunun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
İdarədən AZƏRTAC-a bildirilib ki, ziyalılar, ədəbiyyat və incəsənət ustaları, ictimaiyyət nümayəndələri gülüş ustasının Fəxri xiyabanda məzarını ziyarət edəcəklər.
Martın 13-də isə Mərdəkan mədəniyyət sarayında Xalq artistinin həyat və fəaliyyətinə həsr edilmiş tədbir təşkil olunacaq.
Tədbirdə Bəşir Səfəroğlunun iştirak etdiyi klassik operettalardan, dramaturq və bəstəkarların musiqili komediyalarında yaratdığı müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli səhnə əsərlərindən fraqmentlər səsləndiriləcək.
Mənbə: ANS PRESS

 

7 mart 2015
GO BACK