İspaniya, İtaliya və Braziliyada istifadəçilər internet xəbərləri oxumaq üçün WhatsApp mobil messencerindən aktiv istifadə edirlər, amma ABŞ, Fransa və Böyük Britaniyada aşağı aktivlik qeydə alınıb.Milli.Az İCT nevs-a istinadən bildirir ki, 2014-cü ildə Reuters elmi tədqiqat institutu tərəfindən 20 min insan arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, orta hesabla dünyada 20 internet istifadəçisindən biri hər həftə xəbər oxumaq üçün WhatsAppdan istifadə edir. Gözləntilərə görə, cari ildə belə istifadəçilərin payı artmalıdır.
WhatsApp messenceri bəzi bazarlarda yönləndirmələrin sayına görə Facebooku ötüb.Xatırladaq ki, ötən ay WhatsApp messencerinin auditoriyası 700 milyona çatıb.
Mənbə: Milli.Az