Qadin.NET / İlham Əliyev və xanımı Mehriban Əliyeva Papa Fransisk və Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüblər

İlham Əliyev və xanımı Mehriban Əliyeva Papa Fransisk və Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüblər

Azər Tac-ın xüsusi müxbiri xəbər verir ki, martın 6-da Vatikana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinalPietro Parolin ilə geniş tərkibdə görüşü olub.
Görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edildi. Azərbaycanda bütün dinlərə münasibətin yüksək səviyyədə olduğu, müxtəlif dini icmalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin hökm sürdüyü bildirildi. Azərbaycanda multikulturalizmin yaxşı ənənələrinin olduğu diqqətə çatdırıldı. Bu sahənin inkişafına xüsusi diqqətin göstərildiyi, ölkəmizdə sabitliyin və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğu vurğulandı.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

Mənbə: Milli.Az

6 mart 2015
GO BACK