Dünyada ən uzun Günəş tutulması olacaq.Milli.Az xəbər verir ki, martın 20-də dünyada son 16 ildə müşahidə olunmayan Günəş tutulması olacaq. Novruz bayramı ərəfəsində Ay Günəşin qarşısına keçərək işığın qarşısını alacaq. Bu səbəbdən Avropada elektrik enerjisi təchizatında problemlər yaşana bilər. Günəş tutulması martın 20-də ümumdünya vaxtı ilə (UTC) saat 7:41-də başlayacaq, saat 11:50-yə qədər davam edəcək. Günəş tutulması Bakı vaxtı ilə saat 13:13-də başlayacaq. Günəş tutulmasının ehtimal edilən sxemini təqdim edirik:
Mənbə: Milli.Az