Lourens birinci fərziyyəni yoxlamaq qərarına gəlib. Əgər Günəş Yerə belə təsir edirsə, onda onun fəallığı başqa planetlərdə də dəyişiklik yarada bilər. Alim Marsda quyu qazmağı və bunun vasitəsilə bu fərziyyəni yoxlamağı təklif edir.
Quyunun şaquli kəsiklərinin strukturu üzrə Yerdə kiçik buzlaşma dövrünün olması haqqında nəticə çıxarmaq olar. Qrenlandiyada dərinliyi 60 metr olan quyunun köməyi ilə aparılan analoji tədqiqatlar Yerin tarixində bu dövrün mövcudluğunu təsdiqləyib.
Alimin fikrincə, Marsda günəş radiasiyasının çatışmazlığı həm də planetin səthində havanın temperaturunun yarım dərəcə aşağı salıb. Alimin hesablamalarına görə, bunu təsdiq və ya təkzib etmək üçün dərinliyi 40 metr olan quyu kifayət edir.
Artıq 2016-cı ildə NASA beş metr dərinliyində qazma işləri aparmaq üçün Qırmızı planetə “Insight” aparatı göndərmək niyyətindədir.
Mənbə: ANS PRESS