"Guya Azərbaycan tərəfində vuruşan bir türkiyəli təlimatçının cəbhədə öldürülməsi haqqında Ermənistan mətbuatının yaydığı məlumat erməni fantaziyasının məhsuludur".Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər.
MN-dən bildirilib ki, öz ərazisini qorumaq iqtidarında olmayan Ermənistandan və onun ordusundan fərqli olaraq Silahlı Qüvvələrimizdə Azərbaycan vətəndaşları qulluq edir:
"Azərbaycan Ordusunun əsgər və zabitinin bacarığı, təcrübəsi və peşəkarlığı imkan verir ki, düşmənin istənilən təxribatının qarşısı vaxtında və qətiyyətlə alınsın.
Ermənilərin gün ərzində cəbhədəki vəziyyətlə bağlı yalan məlumatlar yayması öz itkilərini gizlətmək cəhdi və Azərbaycan Ordusunun ötən gecə düşmənə həddən artıq ağır zərbə vurmasının nəticəsidir", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Ermənistan mətbuatı iddia edir ki, guya Azərbaycan tərəfində vuruşan türkiyəli təlimatçı öldürülüb.
Mənbə: ANS PRESS