Qadin.NET / Avro kəskin ucuzlaşacaq

Avro kəskin ucuzlaşacaq

Avro kəskin ucuzlaşacaq
Dünya birjalarında avro dollar qarşısında ucuzlaşıb. ANS TV-nin məlumatına görə, indi bir avro bir dollar 10 sentə bərabərdir. Hətta məşhur Qoldman Saks bankının analitikləri ilin sonuna qədər bir avronun dollara bərabər olacağı haqda proqnoz açıqlayıb. Bu ehtimallara səbəb isə Avropa Mərkəzi Bankının hazırladığı strategiyadır. Qurum dövriyyədən istiqraz almaq yolu ilə avro buraxacaq. İlk alış tarixi də açıqlanıb.
Avropa Mərkəzi Bankı martın 9-dan dövriyyəyə avro buraxacaq.
Avropa Mərkəzi Bankının direktoru Mario Draqi bildirdi ki, aparılan iqtisadi və monetar alnalizlərə əsasən qərara alınıb ki, əsas faiz dərəcəsini dəyişməz saxlayacaqlar.
“İndi əsas məsələ icradır. Yanvarın 22-də verdiyimiz qərara uyğun olaraq martın 9-dan təkrar bazardan dövlət sektorunun qiymətli kağızlarını almağa başlayacağıq. Əvvəlcədən elan edildiyi kimi aylıq alışların həcmi 60 milyard avro təşkil edəcək və 2016-cı ilin sentyabrın sonunadək davam edəcək”-deyə Mario Draqi bildirib. 

Mənbə: ANS PRESS

6 mart 2015
GO BACK