Erməni nazir: "Biz Bakıya getməliyik"
Ermənistanın idman naziri Qabriel Kazaryan ölkəsinin Bakı 2015 Avropa Oyunlarında iştirakı məsələsindən danışıb.ANS PRESS-in məlumatına görə, Kazaryan bildirib ki, Ermənistanın Bakı- 2015 Avropa Oyunlarında iştirakı mütləqdir: "Bizim Bakıda keçiriləcək Avropa Oyunlarında iştirakımız məcburidir. Biz Oyunlarda iştirak etməliyik. Bu mənim subyektiv fikirimdir", - Qabriyel Kazaryan qeyd edib.Qeyd edək ki, Ermənistanın yunan-Roma güləşi üzrə yığma komandasının məşqçisi, olimpiya çempionu Levon Culfalakyan Güləş Federasiyasının erməni idmançıların Avropa Oyunlarında iştirakına qarşı olduğunu bildirib.Ermənistanın Milli Olimpiya Komitəsi hələlik bu məsələdə öz rəsmi mövqeyini açıqlamayıb.
Mənbə: ANS PRESS
6 mart 2015
GO BACK