ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunmuş tədris binasının açılış mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu gün tələbələrlə işin qurulması əvvəlki dövrlə müqayisədə xeyli çətinləşib: “Çünki hər bir tələbə, o cümlədən insanlar üçün rəqabət yüksəlib, amma vaxt daralıb. Düşünürəm ki, bu istiqamətdə bir çox təcrübələrə baxa bilərik. Ali təhsil müəssisələrində maraqlar üzrə istiqamətlər inkişaf etdirilməlidir".
Nazir qeyd edib ki, ali təhsil proqramlarından "Bədən tərbiyəsi" fənni çıxarılıb: "Biz düşünmürük ki, bədən tərbiyəsi ali təhsil sistemi üçün əhəmiyyətli deyil. У?slində bu o dərəcədə əhəmiyyətlidir ki, ali təhsil sistemində biz onun real inkişafı və dəstəklənməsi üçün yeni alətlər verməyə hazırıq. Lakin ali təhsil sisteminin ixtisaslarında məhdud müddət ərzində hüquqşünas, memar və ya maliyyəçi olmaq üçün ali təhsil səviyyəsində bədən tərbiyəsinin bağlantısını görmürük. Biz görürük ki, tələbələrin bir qismi güləşlə, futbolla maraqlana, bir qismi isə oxu zallarından zövq ala bilər".
M.Cabbarov deyib ki, missiya peşəkarın hazırlanması ilə yekunlaşa bilməz. Onun sözlərinə görə, nazirlik bu istiqamətdə fəaliyyətin dəstəklənməsi üçün təklifləri qəbul etməyə və dəstəkləməyə hazırdır: “Mən səmimi olaraq inanıram ki, biz tələbələrlə ali təhsil sistemində daha faydalı və fəal şəkildə işləyə bilərik
Mənbə: ANS PRESS