Qadin.NET / Goranboyda qədim dövrə aid əşyalar tapıldı

Goranboyda qədim dövrə aid əşyalar tapıldı

 

TTV (Region TV) xəbər verir ki, rayonun Məşədiqaralar kəndindəki bu ərazinin tarixi məkan olduğu hələ bir il əvvəl məlum olub. Kənd məktəbinin tarix müəllimi Vaqif Eyyubov bu ərazidən öz şagirdləri ilə nadir arxeoloji tapıntı sayıla bilən xeyli əşya toplayıb. Müsahibim deyir ki, buradan tapılan pul sikkələrinin şəklinə elmi ədəbiyyatlarda rast gəlmək olur. Tarix kitablarında göstərilir ki, bu pullar 12-13-cü əsrlərə, Atabəylərin hakimiyyəti dövrünə aiddir. Bu kəndin adına həm də Mirzə Adıgözəlbəyin “Qarabağnamə" əsərində rast gəlinir. Ərazidə insan sümüyü qalıqlarına da rast gəlmək mümkündür. Bütün deyilənlər bu ərazinin qədim zamanlardan yaşayış məskəni kimi formalaşdığını deməyə əsas verir. Lakin indiyə kimi burada heç bir arxeoloji qazıntı aparılmayıb. 
Mənbə: Milli.Az

 

6 mart 2015
GO BACK