Qadin.NET / Bayram süfrəsi bir ailəyə neçəyə başa gəlir?

Bayram süfrəsi bir ailəyə neçəyə başa gəlir?

TTV (Region TV) xəbər verir ki, Novruz süfrəsini şəkərbura və paxlavasız təsəvvür etmək olmaz. Şirniyyatları bişirmək üçün isə ən çox xərc qoz və fındıq ləpəsinə çıxır. İndi Tovuz bazarında qoz ləpəsinin 1 kiloqramı 12 manat, fındıq ləpəsinin kiloqramı 12-15 manat arasında dəyişir. Bəzi çərəzlərin qiymətinə gəldikdə isə, badamın qiyməti - 12 manat, innab, ərik qurusu, alça, kişmiş 5-8 manat arasındadır. 
Bayram süfrələrini bəzəyən meyvələrin qiyməti heç də ucuz deyil. Məhz buna görə də bazarda bayramla əlaqədar ən ucuz satılan isə elə bayram səməniləridir  - 70 qəpik. Ət, düyü, yağ məhsullarını da hesabladıqda, 4 nəfərlik ailə üçün bayram süfrəsi elə müsahiblərimizin dediyi kimi, təxminən 120-150 manata başa gəlir. 

Mənbə: Milli.Az

6 mart 2015
GO BACK