Qadin.NET / Sabaha "otaq temperaturu" vəd edirlər

Sabaha "otaq temperaturu" vəd edirlər

Azərbaycanda sabah havanın temperaturu bəzi yerlərdə 20 dərəcəyədək yüksəlsə də, martın 8-də temperatur nisbətən enəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında martın 7-də havanın dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi ayrı-ayrı yerlərdə güclənəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 7-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 0-5 isti, gündüz 10-15 dərəcə isti olacaq.Martın 8-də isə Bakıda şimal küləyinin güclənəcəyi gözlənilir və temperatur nisbətən enəcək.

Mənbə: Milli.Az

6 mart 2015
GO BACK