Bu il baş verəcək hadisələri Rusiyada yaşayan həmyerlimiz, məşhur ekstrasens Zirəddin Rzayev proqnozlaşdırıb.Zirəddin Rzayevin ANS PRESS-ə eksklüziv verdiyi proqnozları təqdim edirik:
“Şərq təqviminə görə, bu il Keçi ilidir. Bu, ilin qeyri-adekvatlığından, şıltaqlığından, təkəbbürlü və avantürist olmasından xəbər verir. Bu ildə adətən bir çox insanlarda özünü qiymətləndirmə və eqo özünü daha çox büruzə verəcək. Bir-birilərilə anlaşmayıb və küsülü olan insanların bu ildə barışması mümkünsüz olacaq. Bu xüsusən də torpaq ünsürlü bürcün sakinlərinə daha çox təsir göstərəcək. Bəzi qədim mənbələrdə və o cümlədən, qara magiyada iblis dediyimiz varlığı bir çox mədəniyyətlər keçiyə bənzər varlıq kimi təsvir ediblər.
Məhz bu səbəbdən də insanlar bu il çox dua etməlidirlər. Təkəbbürdən əl çəkməlidirlər. “Dəvədən böyük fil var” atalar sözünü heç vaxt yaddan çıxarmaq olmaz.
Karyera qazanmaqda, şəxsi münasibətlərdə və s. müvəffəqiyyət qazanmaq istəyənlər məhz bu atalar sözlərini unutmamalıdır. Bu şüar altında çalışanlar uğur qazanacaqlar”.
Zirəddin Rzayev bu ilin mənfi xüsusiyyətlərilə yanaşı, müsbət təzahürlərində olduğunu vurğuladı. Ekstrasens bu il ruzi və bərəkətin çox olacağını xüsusi qeyd edib:
“Qeyd edilənlər Keçi ilinin mənfi xüsusiyyətlərindəndir. Buna baxmayaraq, bu ilin özünə məxsus müsbət keyfiyyətəri də olacaq. Təkəbbürlü, şıltaq və avanturist il olmasına baxmayaraq, əməksevər insanlar üçün uğurlu olacaq. Kənd təsərrüfatı işlərində bərəkət və ruzulu il olacaq. Bu il incəsənət adamları üçün də uğurlu olacaq.
Uzun sözün qısası, bu il özündən razı və təkəbbürlü insanlar özlərindən lovğalıq hissini atmalıdırlar. Bu il insanlar bir-birilərinə bacardıqları qədər güzəştə getməlidirlər”.
Qeyd edək ki, tanınmış ekstrasens Azərbaycanla bağlı yenə nəsə söyləməkdən çəkindi. Söhbət zamanı Azərbaycanda elə bir dəyişiklik olmayacağını, bu il yurdumuz üçün ruzi və bərəkətli il olacağını deyən esktrasens ölkəmizlə bağlı birbaşa proqnoz verməkdən imtina etdi.
Mənbə: Milli.Az