Elmi araşdırmada müşahidə obyekti sıçan törəməsi olub.
Yenicə dərc olunmuş elmi araşdırmanın nəticələrinə əsasən, balanın valideynlərindən bərabər payda genetik material almasına baxmayaraq, atadan keçən genlərin balaya təsiri daha güclü olur.Alimlər bu nəticəyə siçanlar üzərində aparılmış təcrübənin yekunları əsasında gəliblər.
Yeni tədqiqatın nəticələri məməlilərdə valideynlərdən balaya bərabər payda mutasiya etmiş genlərin keçməsinə baxmayaraq, ata genlərinin balada ana genlərinə nisbətən daha intensiv işlədiyini güman etməyə əsas verir.North Carolina Universiteti (UNC) elmi qrupunun Nature Genetics jurnalında dərc etdirdiyi araşdırmanın yekunlarında valideynlərdən balaya keçən genetik mutasiyaların adətən özünü daha qabarıq sürətdə mürəkkəb xəstəliklərdə biruzə verdiyi qeyd olunur.
Alimlərin məməlilərdə kəşf etdiyi genetik effekt xərçəng, şəkər, ürək-damar problemləri, şizofreniya və piylənmə kimi xəstəliklərin müalicəsində yeni imkanlar aça bilər.Ekspertlər gen tərkibində yazılmış informasiyanın canlı orqanizmdə işə düşməsi prossesinə "genetik izhhar" adı veriblər.
Genetik izharı dəyişdirən mutasiyaya "tənzimləyici mutasiya" deyilir - məhz bu növ mutasiya insan sağlamlığına təsir göstərir.
UNC tədqiqat qrupunun rəhbərlərindən olan Fernando Pardo-Manuel de Villenın sözlərinə görə, "genetik izharın səviyyəsini ana və ya ata genləri müəyyən edir".
"Məməlilərdə balaya atadan daha çox genetik dəyişikliyin keçdiyi müəyyən edilib.Təssəvvür edin ki, müəyyən bir mutasiya bəd xassəlidir. Əgər həmin genetik mutasiya anadan gəlibsə, onun atadan gələn genetik mutasiya ilə müqayisədə təsiri daha zəif özünü göstərəcək".Tədqiqatın nəticələrinə əsasən, atadan qazanılmış genetik material daha güclü təsirə malikdir.
Dr Pardo-Manuel deyir ki, "nəsillikcə keçən xəstəliklər övlada anadan və ya atadan keçdiyi zaman fərqli nəticələr verə bilər".
Milli.Az BBC-yə istinadən bildirir ki, UNC heyəti tərəfindən aparılmış tədqiqatda laboratoriya siçanları əvəzinə, müxtəlif növ çöl siçanlardan törəmiş bala siçanlar müayinə edilib.
Nəticədə araşdırmanın obyekti olan siçanlarda insanların genetik müxtəlifliyinə bənzəyən geniş genetik fərqin müşahidə edilməsinə nail olunub.
Nəticədə araşdırmanın obyekti olan siçanlarda insanların genetik müxtəlifliyinə bənzəyən geniş genetik fərqin müşahidə edilməsinə nail olunub.
Bu məqsədlə müxtəlif qitələrdə inkişaf etmiş genetik baxımdan 3 fərqli sıçan növü üzərində təcrübə aparılıb.
Həmin 3 növ siçanlardan 9 fərqli tipli hibrid törəmə bala siçanlar alınıb.Siçanlar böyüdükdən sonra onlarda gen izharı dərəcəsinin ölçüsü keçirilib.
Təcrübənin yekununda alimlər anadan və atadan balaya keçmiş mutasiyaların gen izharı dərəcəsni ölçələrək müxtəlif növlər üçün müqayisəli təlil aparılmaq yolu ilə dərc etdikləri nəticələrə gəliblər.
Mənbə: Milli.Az