Qadin.NET / "Qarabağ"da Reynaldo şoku

"Qarabağ"da Reynaldo şoku

 

"Qarabağ"da Reynaldo şoku

Azərbaycan kubokunun 1/4 final mərhələsində keçirilən "Qarabağ" - "Bakı" matçında meydan sahiblərinin heyətində Reynaldo zədələnib.ANS PRESS-in məlumatına görə, Reynaldonun zədəsi ciddidir və 10 günə yaxın yaşıl meydanlardan uzaq qalacaq. Hücümçu bir müddət əvvəl zədəyə görə, komandasına uzun müddət kömək edə bilməmişdi.
Azərbaycan kubokunun 1/4 finalında "Qarabağ" doğma meydanda "Bakı"nı qəbul edib və 3:0 hesablı qələbəyə sevinib. Reynaldo oyunda dubl edərək komandasının qələbəsində önəmli rol oynayıb.
Qeyd edək ki, hücumçunun martın 8-i keçiriləcək "Xəzər Lənkəran"la matçı buraxacağı dəqiqdir.

 

Mənbə: ANS PRESS

6 mart 2015
GO BACK