“Intel” korporasiyası hakerlərin kompüterləşmiş saatlara müdaxiləsinin qarşısını almaq üçün antivirus proqram təminatının buraxılışını elan edib.ANS PRESS-in məlumatına görə, müasir elektronika daha müxtəlif və mükəmməl olur, ancaq virus təhlükəsi müxtəlif qurğuların sahibləri üçün daha təhlükəli hal alır. Kibercinayətkarlar kompüterlərdən başqa, mobil qurğuları hədəfə alıblar və onların yeni hədəfi daşınan cihazlar ola bilərlər. Bu barədə "ICTnews" elektron xəbər xidməti bildirir.
"Biz "ağıllı" saatlar haqda ürək ritmini ölçən qurğular kimi düşünməyə öyrəşmişik, amma bəzi insanlar belə əhəmiyyətsiz informasiyanın bütövlüyündən ehtiyatlanırlar" – “Intel”in baş direktoru Brayan Krjaniç deyib.
Mənbə: ANS PRESS