Qadin.NET / Atletlərimiz birinci oldu

Atletlərimiz birinci oldu

 

Atletlərimiz birinci oldu

Gimnastika növləri üzrə birgə çempionatın ilk günü sona çataraq, maraqlı qələbələrlə yadda qalıb.ANS PRESS-in məlumatına görə, Birgə Açıq Azərbaycan Çempionatının ilk günü idman gimnastikası üzrə çoxnövçülük yarışlarıyla başlayıb.Çoxnövçülük üzrə finalın nəticələrinə əsasən kişi idman gimnastikasında qızıl medalı və ölkənin mütləq çempionu adını Azərbaycanlı gimnast Oleq Stepko (90.600 xal), ikinci yeri onun həmyerlisi Petro Paxnyuk (88.055) və üçüncü yeri isə London Olimpiya Oyunlarının mükafatçısı, Xorvatiyalı Filip Ude qazanıb (86.100).
Həmçinin, yarışlarda qadın idman gimnastikasında ölkəni təmsil edən Kristina Pravdina da hesabına qızıl medal yazdırdı. 4 çıxışın nəticəsinə görə 50.339 xal toplayan gimnastımız ölkənin mütləq çempionu oldu. Onun ardınca isə Türkiyədən olan iştirakçılar Tutya Yılmaz (50.131) və Demet Mutlu (49.332) sıralanmışdılar.
Yarışın sabahkı günü isə gimnastikanın 4 növünə - batut, aerobika, bədii gimnastika və akrobatikaya həsr olunacaq. Yarışların yekun günü isə zəngin keçəcək. Belə ki, həmin gün gimnastikanın 6 növü üzrə mübarizələr baş tutacaq.
Yarışlarda 22 ölkədən 133 gimnast iştirak edir və onların arasında dünya gimnastikasının ulduz simaları, bədii gimnastika üzrə Dünya ikiqat və Avropa üçqat çempionu Yana Kudryavtseva, kişi idman gimnastikası üzrə Olimpiya Oyunlarının, Dünya və Avropa Çempionatlarının gümüş mükafatçısı Filip Ude, ölkənin ikiqat mütləq çempionu və Avropa Oyunlarının səfiri Marina Durunda və digərləri var.
Bu çempionatın əsas xüsusiyyəti Avropa Oyunlarının formatında keçirilməsidir. Yarışlar gimnastika tarixində ilk nümunə olacaq, həmçinin aerobika və akrobatika gimnastlarının bədii gimnastlarla bərabər, idman gimnastlarının isə batutçularla bərabər eyni məkanda mübarizə aparmaqları üçün gözəl fürsət olacaq.

 

Mənbə: ANS PRESS

6 mart 2015
GO BACK