Qadin.NET / Hollivud aktyoru qəzaya düşdü

Hollivud aktyoru qəzaya düşdü

 

Hollivud aktyoru qəzaya düşdü

Amerika Birləşmiş Ştatlarının məşhur aktyorlarından biri təyyarə qəzası keçirib. ANS PRESS-in məlumatına görə, tanınmış Hollivud aktyoru İndiana Cons obrazının mahir ifaçılarından biri olan Herrison Ford Los-Ancelesdə təyayrə qəzasına düşüb. Özünün idarə etdiyi tək mühərrikli təyyarə Santa-Monika haava limanı yaxınlığındakı qolf meydançasına çırpılıb.ABŞ-ın “NBC” televiziyasının qəza ilə bağlı yaydığı videomaterialda yerdə uzadılmış vəziyyətdə olan birinə tibb işçilərinin köməklik göstərdiyi görülür. Qəzanın dəqiq səbəbləri hələlik bəlli deyil. Araşdırmaların davam etdiyi bildirilir.72 yaşlı aktyorun qəzadan bir müddət əvvəl dispetçerlə əlaqə saxlayaraq, problemlə üzləşdiyini bildirdiyi deyilir. 

 

Mənbə: ANS PRESS

6 mart 2015
GO BACK