Alkoqol insanın göz bəbəklərini böyüdür, üzə daha çox qan getməsini təmin edir. Bundan başqa üz əzələlərini süstləşdirir və insana daha cazibədar görkəm verir.
Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, şərab haqqında belə maraqlı bir faktı Bristol universitetinin alimləri aşkara çıxarıblar.Alimlər deyirlər ki, şərabın faydasını görmək üçün cəmi bir qədəhlə kifayətlənmək lazımdır.
Tədqiqatçılar universitetin tələbələrindən xahiş ediblər ki, fərqli ölçülərdə spirtli içki qəbul etsinlər. Həmin vaxt mütəxəssislər könüllülərin üz cizgilərinin fotosunu çəkiblər. Ayıq olan adamların alkoqolun təsirindən sonra da fotoları çəkilib. Sonradan fotolar əsasında onların üz cizgiləri qiymətləndirilib.
Məlum olub ki, cəmi bir qədər alkoqol qəbul edənlər daha cazibədar görünürlər. Ancaq sonrakı alkoqol porsiyasından sonra həmin cazibədarlıq itib.
Mənbə: Milli.Az