Qadin.NET / Ən çox əsgəri olan ölkələr

Ən çox əsgəri olan ölkələr

 

Ən çox əsgəri olan ölkələr

Ən çox əsgəri olan ölkələrin adları açıqlanıb.
ANS PRESS-in məlumatına görə, adı açıqlanan ölkələrdən bəzilərinin ordusu hətta ümumi əhalinin sayının yarısı qədərdir. 
Əsgərlərinin sayına görə önə çıxan ölkələr arasında Əfqanıstan 200 minlik əsgər sayı ilə diqqət çəkir. Bu ölkə dünya üzrə əsgərlərinin sayına görə, 52-ci yerdədir. 451 min 425 əsgəri olan Almaniya isə dünya ölkələri arasında 29-cu pillədə qərarlaşıb. 
ABŞ isə 3 milyon 49 min 790 canlı qüvvəsi ilə özünə 7-ci pillədə yer tapıb. Ən çox əsgərləri olan ölkələr arasında Azərbaycan da var. Belə ki, ölkəmizin ümumilikdə 381 min 940 əsgəri var və bu nəticə ilə Azərbaycan dünya üzrə 35-ci sırada qərarlaşıb. 
Braziliyanın isə 1 milyon 667 min canlı qüvvəsi var. Bu ölkə əsgər sayına görə, siyahıda 9-cu pillədədir. Tayvanda yerləşdirilən Çin hərbi birləşmələrində isə 1 milyon 964 min əsgər var. Bu göstərici ilə ölkə 8-ci pillədə yer alıb. Çin Xalq Respublikası isə 4 milyon 500 minlik canlı qüvvəsilə 5-ci sıradadır. 
Ermənistan isə sıyahıda Azərbaycandan 10 pillə geridə, 45-ci sırada yer tapıb. Bu ölkədə cəmi 260 min hərbiyə yararlı canlı qüvvə var.

 

Mənbə: ANS PRESS

5 mart 2015
GO BACK