Prezident İlham Əliyev Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, dövblət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alır ki, Azərbaycan Respublikasında mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Xalq Artisti”
Hacıyeva-Naylor Fidan Hacı Ağa qızı
“Əməkdar Müəllim”
Əhədova Mətanət Məcnun qızı
Kazımzadə Elmina Mobil qızı
Musayeva Bella Sirac qızı
Mustafayeva Mehriban İsa qızı
“Əməkdar Həkim”
Ağazadə Cəmilə Əyupovna
“Əməkdar Mədəniyyət İşçisi”
Abbaslı Elmira Mikayıl qızı.
Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər isə “Tərəqqi” medalı ilə təltif ediliblər:
Abdullayeva Qalina Alekseyevna
Ablayeva Rəbiyə Cəmil qızı
Əsədova Qətibə Yəhya qızı
Hacıyeva Sevda Həbib qızı
Nurəliyeva Mənzərxanım Fikrət qızı.
Mənbə: ANS PRESS