Qadin.NET / Doktorantura üçün yeni tələb

Doktorantura üçün yeni tələb

 

 

Azərbaycan Milli Elmlər Akademiyası fəlsəfə doktoru hazırlığı üzrə xarici dil biliklərinin keyfiyyətinin yüksəldilməsinə dair tədbirlər haqqında da qərar qəbul edib.Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları zamanı xarici dil biliklərinin müasir səviyyədə qiymətləndirilməsi üçün qaydalar müəyyən edilib.Belə ki, tələbləri yüksəltmək məqsədilə namizədlərin ingilis dili biliklərinin qiymətləndirilməsi üçün doktoranturaya qəbul zamanı iddiaçı TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6.5 bal, doktorluq imtahanları zamanı isə iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal toplaması barədə sertifikat təqdim etməlidir.

 

Mənbə: Milli.Az

5 mart 2015
GO BACK