Qadin.NET / Kadırov "WhatsApp"a qarşı

Kadırov "WhatsApp"a qarşı

 

Kadırov "WhatsApp"a qarşı

Çeçenistan rəhbərindən çağırış. ANS PRESS-in məlumatına görə, Ramzan Kadırov Çeçenistan sakinlərini uşaqlarını "WatsApp"dan uzaq tutmağa çağırıb. Onun sözlərinə görə, qərbin istehsalı olan mesajlaşma sistemi gəncləri ekstrimist qruplara cəlb edir. 
Kadırov daha öncə də rusiyalıları "Apple" məhsullarından, o cümlədən Amerika sosial şəbəkələri və mesajlaşma xidmətlərinin istifadəsini dayandırmağa səsləmişdi. O, bildirib ki, bu virtual üsullardan ekstrimist qrupllaşmalar istifadə edərək gəncləri tora salırlar. Belə ki, gənclər bəzən internet mesajlarını informasiya əldə etməyin yeganə yolu kimi görürlər. 
"Məhz "WatsApp"kimi şəbəkələrdə kütləvi antihökumət aksiyaları planlaşdırlır. Çünki uzaq məsafədən insanı aldatmaq daha asandır. Çoxları deyir ki, Misir və Liviyada çevriliş sosial şəbəkələrdə başlayıb. İndi gənclər demək olar ki, televizora baxmır, qəzet-jurnal oxumurlar. Onlar bütün günü sosial şəbəkələrdə əlaqə qururlar. Biz 16-18 yaş arası 20 gənci saxlamışıq. Onlar Suriyaya getməyi planlaşdırırdılar. Onların "başçısı" Suriyada Türkiyə ilə sərhəddə müxtəlif videoyazılar göndərir, təbliğatla məşğul olub." 
Kadırov deyib ki, həyat yoldaşı və uşaqları sosial şəbəkələrdə oturmurlar. O, həmçinin sosial şəbəkələrdən düzgün istifadə üçün gənclərlə işləyəcəklərini də deyib. "Sosaial şəbəkə - narkomaniyadan da ağır xəstəlikdir". 

 

Mənbə: ANS PRESS

5 mart 2015
GO BACK